“Yelo Bank” ASC açıq tender elan edir

OXUNUB: 722 İQTİSADİYYAT BANK

"Yelo Bank” ASC yeni inzibati binası üçün generatorların alınması, istismara verilməsi və həmçinin gələcəkdə texniki dəstəyin göstərilməsi məqsədilə açıq tender elan edir.

Texniki şərtlər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

 

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

 

- Qiymət təklifi

- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

2. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

- Təqdim ediləcək məhsulun keyfiyyəti

- Təklif ediləcək məhsulun qiyməti

- İştirakçı şirkətin bu sahədə təcrübəsi

- Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti

- Müqavilənin icra müddəti

- Avadanlıqlara texniki servis xidmətinin müddəti

 

3. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

 

- Tender təklifləri 01 fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

 

4. Ödəniş və digər şərtlər

- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

- Çin mühəriki olan generator təklifləri nəzərə alınmayacaq

- Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.

- Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.

- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.

- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

5. Satınalan təşkilatın ünvanı

- Bakı ş. Puşkin küçəsi 30, AZ1010

- Əlaqələndirici şəxs:

 

1)Nigar Baxşiyeva

 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+99455 4577616

[email protected]

6. Tenderin nəticəsi haqqında məlumat

- Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.


RƏYLƏR