Ölümə aparan “Changan”: “BU MAŞINLARI SÜRMƏK TƏHLÜKƏLİDİR, 4 TƏKƏRLİ TABUTDUR” - FOTOLAR

OXUNUB: 517 HADİSƏ

Bu barədə şəhər sakini Malik Həsənov məlumat verib. Onun sözlərinə görə "Changan” avtomobilləri həm çöl, həm də iç baxımından keyfiyyətsiz və təhlükəlidir: "Mən heç 1 il yoxdur ki, "Changan” maraklı maşın aldım. Dəmiri elə bil plastikdi, benzin bakı təhlükəli yerdədir, yüngül qəza olan kimi maşın ya partlayır, ya da mator dərhal düşür yerə. Belə maşında ailə gəzdirmək çox təhlükəlidir. Çin istehsalı arasında keyfiyyətli maşınlar da var. Ancaq "Changan” modeli 4 təkərli tabutdur”

Saytımız qısa araşdırma elədi və məlum oldu ki, "Changan” avtomobillərinin keyfiyyəti ilə bağlı narazılıqlar təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə var. Belarus mətbuatı yazır: "авел: «Ездить опасно: топливный фильтр подвязан на хомутах»

С одним из обладателей Changan CS35 мы встречаемся на парковке в городе. Мужчина рассказывает, что китайский «паркетник» появился у него в конце июня 2018 года, а пробег на сегодня составляет 57 тыс. км. На протяжении двух лет владения герой постоянно сталкивался с проблемами, но уже устал о них заявлять.”

Azərbaycanda isə bu günə qədər "Changan” avtomobillərinin qəzasından onlarla insan dünyasını dəyişib. Qəza zamanı, yüngül zərbədən avtomobil tamamilə darmadağın olur.

Mövzunu davam etdirəcəyik./mingecevir.org

7NEWS.az










RƏYLƏR