Prezident və Birinci vitse-prezident Azıx mağarasına baş çəkiblər - VİDEO

OXUNUB: 496 index-manşet SİYASƏT

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər zamanı Azıx kəndində də olublar.

Bununla bağlı Mehriban Əliyeva şəxsi "Instagram” hesabında video paylaşıb.

Prezident və xanımı dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına baş çəkiblər.

 

Prezident Azıx mağarasının girişi qarşısında bunları deyib:

"Biz Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamızı göstərmişik. Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir”.

Daha sonra ölkə başçısı "Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib. 

 


RƏYLƏR