“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 514 Özəl GÜNDƏM İQTİSADİYYAT

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Almaniyada hökümətin qurulması gecikdikcə, Avropada iqtisadi və siyasi qeyri-müəyyənliklər də artır. Bu, avronun da ucuzlaşmasına, dollara olan tələbin də artmasına səbəb olur. Təhlillərə əsasən, EURUSD məzənnəsi 1.16$-ın altında qaldıqca, ucuzlaşma 1.14$-a kimi davam edə bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarına dair önəmli fundamental göstəricilər də proqnozlara ciddi təsir edə bilər.

 

GBP.

GBPUSD məzənnəsi də təzyiq altındadır, xüsusilə, təchizat zəncirində yaranan böhran iqtisadi riskləri də artırır. Beləliklə, funt sterlinq 1.35$-ı qırarsa, 1.33$-a kimi ucuzlaşa bilər.

 

TRY.

TCMB-nin faizləri aşağı salmağa başlaması ilə USDTRY məzənnəsi daha da bahalaşsa da dinamika zəifləyib və bu, lirənin yenidən bahalaşmağa başlamasını proqnozlaşdırmağa əsas verir. Bunun üçün 8.81TL-nin aşağı qırılmasını gözləmək lazımdır.

Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.

 

OIL.

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunda ticarət edilməkdədir və 81$-ın qırılması ilə 84$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Dünyada monetar siyasətlərin sərtləşdirilməyə başlaması, əlvan metallar bazarlarında qızılın da təzyiq altında qalmasına səbəb olur. Hazırda 1764$ (56.7$/qram) müqavimət səviyyəsinin altında qalan bir unsiya üzrə qiymət, 1721$-a (55.3$/qram) kimi dəyər itirə bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

RƏYLƏR