“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 619 Özəl GÜNDƏM İQTİSADİYYAT

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Avropa Mərkəzi Bankı inflyasiyanın yüksəlməkdə davam edəcəyinə baxmayaraq, yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlamasından sonra EURUSD sürətlə ucuzlaşmağa başlayıb və trend 1.13$-a kimi davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın pərakəndə satış dövriyyəsinə dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaqdır.

 

GBP.

GBPUSD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBPUSD kursu 1.32$-a kimi düşə bilər.

İngiltərədə çərşənbə axşamı günü Bakı vaxtı ilə saat 11:00-da işsizlik və çərşənbə günü inflyasiya göstəricilərin dərc edilməsi də önəmli olacaqdır.

 

TRY.

USDTRY məzənnəsi cümə axşamı saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarı fonunda yüksəlməkdə davam edir. Qeyd etmək lazımdır ki, ölkənin birinci bankının faizini 15%-ə azaltmaqda davam edəcəyi ehtimal edilir.

 

OIL.

Enerji birjalarında Brent neftin qiymətində müşahidə edilən korreksiyanın 79$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Qlobal risklərin, xüusilə qış aylarına doğru infeksiyaların artması xəbərləri güvənli liman maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Təhlillər əsasən, bir unsiya qiymət 1870$-ı (60.1$/qram) da qırarsa, 1927$-a (62$/qram) kimi yüksələ bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

RƏYLƏR