“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

OXUNUB: 402 GÜNDƏM İQTİSADİYYAT SOSİAL
"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

FED-in faiz artımı sürətinin yüksələ biləcəyi proqnozları fonunda avro da təzyiq altındadır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1,12 ABŞ dollara qayıda bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Almaniya və Avrozonada iqtisadi inkişaf proqnozlarını ölçən "ZEW” indeksi də investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də İngiltərə Bankının faiz artımı qərarına baxmayaraq, dollar indeksinin yüksəlməsi ilə ucuzlaşmağa başlayıb və 1,34 ABŞ dollara kimi enə bilər.

Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da Böyük Britaniyadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər də böyük maraqla gözlənilməkdədir.

TRY

USD/TRY məzənnəsi cümə axşamı saat 15:00-da dərc ediləcək növbəti faiz qərarı öncəsi 13 - 14 türk lirəsi aralığında dalğalanmaqda davam edir. Təhlillərə əsasən, lirə 12 lirə səviyyələrinə kimi dəyər qazana bilər.

OIL

Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları "Brent" markalı neftin qiymətinin 97 ABŞ dolları müqavimətlə rastlaşmasına səbəb olur.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

İnflyasiyanın artması ilə qızıl qiyməti müqavimətləri qırsa da digər tərəfdən monetar siyasətlərin də sərtləşməsi, bahalaşma dalğasının qarşısını alır. Hazırda 1860 ABŞ dolların (59,8 $/qram) altında ticarət edilən bir unsiya üzrə qiymət 1 848 ABŞ dolların (59,4 $/qram) qırılması ilə 1 821 ABŞ dolları (58,6 $/qram) kimi dəyər itirə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

RƏYLƏR