Yelo Bank tender elan edir

OXUNUB: 801 Özəl İQTİSADİYYAT BANK
 
Yelo Bank daxili və çöl reklamın hazırlanması üzrə açıq tender elan edir. 

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı.

Texniki şərtlərlə tanış olub, tenderdə iştiraka dair sorğu hazırlamaq üçün keçid edin - https://www.yelo.az/az/news/tender-elani-outdoor/ 

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 05.02.2023, saat 17:00-da başa çatır. 
 
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR