21 min manatlıq oğurluq edən qadın həbs edildi

OXUNUB: 702 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tamilla Abdulsalmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

T.Abdulsalmanova barəsindəki qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qərarı verilib. O, məhkəmə zalında həbs edilib.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, T.Abdulsalmanova 21 min manatlıq oğurluq etməkdə ittiham olunur./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR