21 yaşlı məşhur mağazadan oğurluq edərkən tutuldu - FOTO

OXUNUB: 1190 ŞOU-BİZNES

Məşhur model Rusmarin de Kok mağazadan aldığı şokolad və balıq yağının pulunu verməyib.

Rusmarin de Kok bu il "Victorias Secret” alt paltarı markasının yeni kolleksiyasınınn nümayişində iştirak edəcək. Lakin məlum olub ki, 21 yaşlı model təkcə ideal bədən quruluşuna malik deyil, onun keçmişi də qaranlıqdır.

Belə ki, qız 2014-ci ildə qız Manhettendə ərzaq mağazasından oğurluq etməyə çalışıb. İttiham versiyasına görə, model çantasına üç şokolad batonçiki və balıq yağı ataraq oradan çıxmağa cəhd edib. Amma bu an mühafizəçi onu dayandırıb.

Rusmarinin sözlərinə görə, o, mağazadan oğurluq etməyə cəhd etməyib, sadəcə aldıqlarını çantasına atdığını unudub. Məhkəmə qıza cəza olaraq ictimai işləri yerinə yetirməyi tapşırıb./publika

 

İcmal.Az

RƏYLƏR