23 İLLİK YOLUN BÖYÜK UĞURLARI – Səbuhi ABBASOV YAZIR

OXUNUB: 1437 GÜNDƏM KÖŞƏ TƏHLİL

26 iyul Gənclər, İdman və Turizm Nazirliyininyaranması günüdür. Ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü il iyulun 24-də Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. 2005-ci ildə Dövlət başçısının təsdiq etdiyi "Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirildi. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında Ulu Öndərin arzu və amallarını davam etdirən ən böyük qurumdur. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. 2007-ci il Azərbaycanda "Gənclər ili” elan edildi və bu çərçivədə silsilə tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev 3 oktyabr 2008-ci ildə keçirilən Azərbaycan gənclərinin 5-ci Forumunda iştirakı ilə onlara hərtərəfli dəstəyini bir daha ifadə etdi.

Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı "Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında 6 aprel 2011-ci il tarixli sərəncamı, proqramın hazırlanması üçün işçi qrupunun yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu.

Dövlət başçısının digər bir Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları bu gün də uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir.

Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.

Bunuçün yaxın gələcəyə nəzər salmaq kifayətdir. Bakı 2015 Avopa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi beynəlxalq, nüfuzlu yarışların ölkəmizdə keçirilməsi sözün hər mənasında sağlam gəncliyin formalaşması istiqamətində əvəzolunmaz rola malikdir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkədə gənclər siyasətinin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezidentMehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səmərəli layihələr gənclərin mənəvi-intellektual və yaradıcı potensialının möhkəmləndirilməsinə xidmət edir.Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər və öncül təmsilçisi kimi bu missiyanı uğurla həyata keçirən Leyla xanım Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir, dəyərli vaxtını, enerjisini məhz Azərbaycanın dünya miqyasında tanınmasına, üzləşdiyi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

Ümumiyyətlə, bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Xüsusi proqram əsasında 2007--2015-ci illərdə 5 min gəncin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi bunun əyani sübutu olmuşdur. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, yaradıcı ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Dövlətin yaradıcı gənclərə dövlət qayğısının artırılması sahəsində fəaliyyəti elm, təhsil, mədəniyyət, incəsənət, xalq yaradıcılığı sahələrini əhatə etmiş, istedadlı gənclərin aşkarlanmasına və onların fərdi işinin qorunmasına yönəlmişdir. Bu məqsədlə mütəmadi olaraq müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə birlikdə gənclər arasında müsabiqələr, olimpiadalar, bilik yarışları, elmi-əyləncəli oyunlar, konsert və festivallar keçirilmişdir.

Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilib. 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikamızda növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır.

Bir sözlə, bu gün Azərbaycan gəncliyinin milli-mənəvi, sosial inkişafının təmini baxımından bütün zəruri addımlar atılmışdır və atılmaqdadır. Son 10 ildə isə Gənclər və İdman Nazirliyi Azad Rəhimovun rəhbərliyi ilə Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfləri uğurla icra etmişdir. Lakin bu hələ Ulu Öndər Heydər Əliyevin üzərimizə qoyduğu məsuliyyətin bir hissəsidir. Hesab edirəm ki, gənc, igid əsgərlərimizin şücaəti ilə biz tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək, Ali Baş Komandanın əmri ilə yeni-yeni komplekslər tikəcək, müxtəlif layihələr reallaşdıracağıq. Bu tarix elə də uzaqda deyil. Cocuq Mərcanlıya Böyük Qayıdış bu inamın və həqiqətin başlanğıcıdır.

Yeni yaşımız mübarək əziz gənclər!

 

Səbuhi ABBASOV

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri



 

RƏYLƏR