23 yaşlı qız özünü öldürmək istədi

OXUNUB: 591 HADİSƏ

Zaqatala rayonunda intihara cəhd olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, iyulun 31-i axşam saatlarında rayonun Danaçı kənd sakini, 1995-ci il təvəllüdlü Gülarə Aydın qızı Buğluyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 23 yaşlı Gülarə Buğluyevanın özünə qəsd etmək məqsədi ilə müxtəlif adda bir neçə dərman həbi qəbul etdiyi məlum olub. 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülarə Buğluyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR