25 yaşlı oğlan özünü asdı - Göyçayda

OXUNUB: 640 HADİSƏ

Göyçayda intihar hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   /apa

İcmal.Az

RƏYLƏR