25 yaşlı qızın sirli intiharı: yanında dəhşətə gətirən məktub tapıldı - VİDEO

OXUNUB: 1163 DÜNYA

İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi məzunu Gizem Zülal Kaynar otağında intihar edib. 

Hadisə ötən gecə baş verib.

Boğaziçi Universiteti İngilis müəllimliyi ixtisasından keçən il məzun olub və iş tapa bilmədiyi üçün uşaq hazırlaşdıran Gizem Zülal Kaynar eyni universitetdən olan 3 rəfiqəsi ilə yaşamağa başlayıb.

TƏFƏRRÜAT

Hadisə günü ev yoldaşları Kaynardan xəbər ala bilməyincə otağına giriblər. Gənc qızı yatağında huşsuz halda tapan yoldaşları tibbi yardım və polisə zəng ediblər. Hadisə yerinə gələn səhiyyə işçiləri Kaynarın öldüyünü təyin ediblər. İntihar etdiyi yazılan Kaynarın yanında yaşıl rəngli bir şar və mavi rəngdə "xortum" olduğu məlum olub.

Ev yoldaşları polisə verdiyi ifadədə Gizemin ailəsiylə problemləri olduğunu, bu səbəbdən rayonlarına qayıtmadığını bildiriblər.

 

MƏKTUB TAPILDI

Gənc qızın yoldaşlarına: "Bacarmadımsa, xahiş edirəm siz edin. Öldürün məni" sözləri yazılmış məktubu tapılıb. Ailəsinə də bir məktub yazdığı deyilir./milli.az

İcmal.Az


Videonu izləmək üçün şəklə klikləyin:

25 yaşlı qızın sirli intiharı: yanında şok edən məktub tapıldı

RƏYLƏR