26 yaşlı oğlan fiziki məhdudiyyətli qızı zorladı, sonra.... - QANDONDURAN HADİSƏ - FOTO

OXUNUB: 236 HADİSƏ
Türkiyənin Bursa şəhərində 28 yaşlı Yusuf P. fiziki məhdudiyyətli bacısına təcavüz etməkdə ittiham etdiyi 26 yaşlı Mehmet K.-nı güllələyərək öldürüb.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, Yusuf P. eşitmə və danışma əngəlli bacısı Burcuya davamlı təcavüz etdiyinə görə Mehmet K.-ı görüşə çağırıb:

"Onun bacıma təcavüz etdiyini öyrəndim. Eşidəndə dəli oldum. Onu tənha bir yerə söhbət etməyə çağırdım. Gecə saat 2-də avtomobili ilə gəldi. Etdiklərini inkar etdiyi üçün özümdən çıxdım. Maşından düşdüyümüz an silahla onu kürəyindən və qarın nahiyyəsindən vurub hadisə yerindən qaçdım".

Güllə səslərinə ətrafdakı insanlar polis və təcili tibbi yardım çağırıb. Lakin yaralı Mehmet K.-nın həyatını xilas etmək mümkün olmayıb.

Yusuf P. polislər tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
26 yaşlı oğlan fiziki məhdudiyyətli qızı zorladı, sonra.... - QANDONDURAN HADİSƏ - FOTO
 

İcmal.Az

RƏYLƏR