"260 manata səhərə qədər içdik" - Qadını döyüb soyan oğrular - VİDEO

OXUNUB: 787 HADİSƏ

Abşeron sakini 65 yaşlı Dürdanə Abbasova ərizə ilə polisə müraciət edərək, may ayının 1-i gecə saatlarında tanımadığı iki şəxsin evinə basqın etdiyini, onu döydüyünü, daha sonra isə 400 manat pulunu və qolbağısını apardığını bildirib.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, həmin andan əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan Astara sakini Heydər Əhmədov və İsmayıllı sakini Elbrus Məmmədovu saxlayıblar. Onlar istintaqa ilkin ifadələri zamanı cinayətlərini etiraf ediblər. Məlum olub ki, adıçəkilən şəxslər hadisədən bir həftə əvvəl Beynəlxalq Avtovağzal ərazisindəki kafelərdən birində tanış olublar. Daha sonra eyni evdə kirayədə qalaraq, elə cinayəti də həmin  orada planlaşdırıblar.

Heydər Əhmədov - Saxlanılan şəxs: "Elə bildim onun evində pulu var. Getdim girdim onun evinə. Qapını döydüm, dedi kimdi? Dedim sement gətirmişik. Hara boşaldım? O da mənə aqressiv cavab verdi. Dedi cəhənnəm ol hara istiyirsən boşalt da. Mən də qapıya təpik vurub girdim içəri. Evi axtardım 260 manat pul çıxdı. Götürdüm də, heç nə".

Elbrus Məmmədov - Saxlanılan şəxs: "Mən oranı tanımırdım. Heydər dedi ki, gedək, mən tanıyıram arvadı, bacımgilin qonşusudu. Dayanmışdım qapının ağzında, girdi içəri. Gördüm qadın səsi gəlir qışqırıq. Girdim içəri, gördüm qadını təpikliyir, vurur. Gəldim, aldım əlindən, qoymadım vurmağa. Dedim vurma da, gəlimişik pula. 260 manat pulu götürdük, getdik oturduq kafedə səhərə qədər içdik. , O pul da orda getdi".

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq gedir. Polis onların buna bənzər əməllərinin olmasını da istisna etmir.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR