3 övladını qoyaraq evdən gedən gəlin haqqında - Foto

OXUNUB: 675 SOSİAL

Sumqayıtın 11-ci mikrorayon ərazisində yaşayan 35 yaşlı Bülbül Əliyevanın həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk etdiyi iddia edilir. 

 Qadının həyat yoldaşı Bəhruz Əliyev bildirib ki, hadisə iyun ayının 7-də baş verib. Xanımı evdən həkimə getmək adı ilə çıxıb və bir daha qayıtmayıb.

Bundan sonra o, uşaqları ilə votsapda yazışıb və övladlarına bildirib ki, evə gəlir. Sonradan məlum olub ki, qadın evdən getməyi axşamdan planlaşdırıb. Evin açarını da oğluna verib.

Bəhruz Əliyevin sözlərinə görə, onlar 15 ildir ailə həyatı qurublar və bu günə kimi aralarında heç bir ciddi ailə münaqişəsi baş verməyib.

O, qadının valideynlərinə də onun evi tərk etməsi ilə bağlı məlumat verib. Hadisə ilə bağlı polis də məlumatlandırılıb. 

Qadın evdən çıxarkən yalnız pasportunu götürüb. Güman edilir ki, o, kiminsə təsiri altında xaricə gedə bilər./xezerxeber

 

 


 
 
 
İcmal.Az

RƏYLƏR