31 yaşlı azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

OXUNUB: 697 SOSİAL

31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.

Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində işləyən A. Məmmədov Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini,  həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğlu var./apa

İcmal.Az

RƏYLƏR