33 yaşlı ruhi xəstə özünü talvardan asdı - Qusarda İNTİHAR

OXUNUB: 823 HADİSƏ
Qusar rayonunda intihar hadisəsi baş verib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
 
İcmal.Az

RƏYLƏR