35 yaşdan sonra doğan qadınların uşaqlarında bu xəstəliklərin riski yüksəkdir

OXUNUB: 93 SOSİAL

Alberta Universiteti (Kanada) alimləri araşdırma zamanı aşkar ediblər ki, 35 yaşdan sonra doğan qadınların uşaqlarında ürək və damar xəstəliklərinin riksi artmış olur.

Alimlər qeyd edir ki, bu yaşda doğan qadınlarda hamiləlik və doğuş bir çox hallarda ağırlaşmalarla keçir, uşaqlar az çəki ilə və vaxtından tez doğulur. Bütün bunlar isə uşaqlarda bəzi xəstəliklərin və o cümlədən ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

 

İcmal.Az saglamolun.az-a istinadən bildirir ki, digər tərəfdən, alimlərin müşahidələrinə görə, bu yaşda ana olan qadınlar analığın nə olduğunu daha yaxşı anlayır, uşaqları daha düzgün tərbiyə edir, uşaqların oxumağına, savad almağına daha çox  önəm verir.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}