38 erməni əsgər öldürüldü, İrəvan əlilləri ORDUYA TOPLAYIR: düşmən ölkədə ÇAXNAŞMA

OXUNUB: 1049 Özəl DÜNYA
Ermənistanda sağlamlığında ciddi problemlər olan gəncləri orduya çağırırlar.

Bu barədə Helsinki Vətəndaş Məclisinin Vanadzor ofisi məlumat yayıb.

Məlumata görə, son zamanlar belə halların artması müşahidə olunur.

"Mümkündür ki, hakimiyyət davam edən emiqrasiya fonunda orduya çağırışçı tapmaqda çətinlik çəkir. Buna görə də xəstələrin hesabına kvotanı doldurur. Ciddi xəstələrin hərbi xidmətə çağırılması ordunun döyüş qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Buna paralel olaraq, orduda baş verən özbaşınalıq nəticəsində qeyri-döyüş şəraitində ölümlərin sayı da çoxalıb”, - deyə məlumatda bildirilir.

Ofisin araşdırmasına görə, 2017-ci ilin 1 yanvar-31 iyul tarixləri arasında Ermənistan ordusunun 38 hərbi qulluqçusu ölüb: "Onların hamısı qeyri-döyüş şəraitində ölüb. Bəzi hallarda rəqibin gülləsindən ölənlər və yaralananlar olub. Lakin əksər ölümlər qeyri-qanuni münasibətlər və özbaşınalığın nəticəsidir. Baş verən bu hadisələr cəmiyyətin orduya inamını məhv edir, anaların göz yaşları yeni irəli sürülən "millət-ordu” ideyasını da alt-üst edir”./publika
 
 
İcmal.Az

RƏYLƏR