4 yaşlı uşaq səhvən benzin içdi

OXUNUB: 725 HADİSƏ

Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Düzqırıxlı kənd sakini 4 yaşlı Afət Abbaslı səhvən benzin içib.

Dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilən azyaşlıya tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün  reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

İcmal.Az

RƏYLƏR