40 dəqiqə paltaryuyan maşında yuyuldu, sağ qaldı

OXUNUB: 459 MARAQLI
Norveçin Oslo şəhərində qəribə hadisə baş verib. 

Zero adlı pişik 40 dəqiqə paltaryuyan maşında 30 dərəcə temperaturda yuyulsa da, sağ qalıb.
 
Pişik qəfil barabana toxunaraq səs salıb. Ev sahibi paltaryuyana normadan artıq paltar qoyduğunu düşünərək maşını saxlayıb ki, paltarların bir hissəsini çıxartsın. Bu zaman o,  paltarların arasında pişiyi görüb.  
 
Paltaryuyan maşından çıxarılan pişik normal görünsə də, qaytarmağa başlayan kimi sahibləri onu dərhal baytara aparıb. İki gün klinikada qaldıqdan sonra pişik tam sağlam sahibinə təslim edilib./lent
 
 
İcmal.Az

RƏYLƏR