44 günlük savaşın gənc qazisindən Qəbələ İcra Hakimiyyətinə ittiham: "Özbaşınalıq edirlər"

OXUNUB: 344 GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə Qarabağ Qazisi Bəhram Nuruyev məlumat verib: "Dostlar bir məsələni sizinlə paylaşım çünkü artıq səbrim çatmır. Qəbələ Rayon İcra Hakimiyyəti  ayrıseçkiliyi ifrat səviyyədədir. Beləki rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfədə olsun dəvət edilməmişəm. Hələ bircə dəfədə olsun İcra hakimiyyətinə dəvət olunmamışam. Özləri seçib kimi isdəyirlər çağırırlar. 

Keçən dəfə intihar etdikdən sonra Qazilər  üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək "niyə gəlmirsiz" dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa onuda deyim ki dəfələrlə zəng eləməsəydim oda gəlməyəcəkdi. 

İndiyə kimidə dövlət tərəfindən dəfələrlə isdəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək gösdərmişik deməklə başıma vuraraq elə o 200 manatıda zəhər edibdi. Fikrim var işləyib geri ianə edəcəm özləri isdifadə etsinlər. 

Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı "siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz" sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir. 

Haqqım varsa zərrə qədər, icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm. 

Siz belə davam edin mən bilirəm neynəyəcəm. 

Məsələni ictimailəşdirərək kömək edə bilərsiz." 

7NEWS.az

RƏYLƏR