44 günlük savaşın siması: 45 YAŞLI AZƏR VERDİYEV KİMDİR?

OXUNUB: 757 SOSİAL
Verdiyev Azər Rauf oğlunun 45 yaşı tamam oldu.

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Fedai.az kollektivi ehtiyatda olan kapitan Verdiyev Azər Rauf oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


Verdiyev Azər Rauf oğlu 24 mart 1977-ci ildə Mingəçevir şəhərində anadan olub.
1983-cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbə daxil olmuş, 1992-ci ildə oranı bitirərək Yevlax rayon 142 saylı Texniki Peşə Məktəbinə daxil olub.


1993-cü ildə Texniki Peşə Məktəbini müvəffəqiyyətlə bitirərək 1994-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbinin Ümumqoşun fakültəsinə daxil olmuş, 1998-ci ildə Komandan, Zirehli tank və Avtomobil texnikasının istismarı üzrə mühəndislik ixtisasını bitirib.

1998-ci ildə Qusar şəhərində yerləşən "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmış, 3 aydan sonra bölük komandiri vəzifəsinə təyin edilib. Bu vəzifəni 2001-ci ilə qədər uğurla icra etmiş, taborun qərargah rəisi əvəzi vəzifəsinədək yüksəlib. 2001-ci ildə üzün sürən xəstəlik səbəbindən Azərbaycan Respublikası Ordu sıralarından tərxis olunaraq ehtiyata göndərilib.


Xidmət dövründə verilmiş tapşırıqları vaxtında və uğurlu icrasına görə Yuxarı komandanlıqdan və Ali Baş Komandan Heydər Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

2001-ci ildən 2006-cı ilə qədər səhhətimlə əlaqədar olaraq müalicə məqsədi ilə Rusiya Federasiyasına gedib və şəxsi biznesini quraraq bu illər ərzində fəaliyyətimi davam etdirib.
2006-cı ildə Azərbaycana qayıdaraq ictimai fəaliyyətlə məşğul olub.


İlk ictimai fəaliyyətinə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərkibində ekspert olaraq başlayıb.


2009-cu ildə "AZM Nəqliyyat” MMC-də yanacaqdoldurma məntəqəsinin rəis müavini vəzifəsində çalışıb.


2011-ci ildə "Baxı XXI əsr” MMC-də yanacaqdoldurma məntəqəsinə anbar müdiri vəzifəsində, 2012-ci ildə "ZQAN” Holdinqdə biznesin inkişafı departamentə ekspert vəzifəsində çalışıb. Bununla bərabər 2012-2015-ci illərdə "E-Trans” MMC-də direktor müavini, "MR Company”nin təsisçisi olub.


2015-ci ildən etibarən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Analitik Təhlil Mərkəzinin rəhbəri təyin edilib.
2016-cı ildən etibarən Qlobal Araşdırmalar Liqası İctimai Birliyini (QALİB) təsis edərək peşəkar ekspert fəaliyyətimi davam etdirib.
Ölkəmizin informasiya təminatını yüksək səviyyədə görmək üçün 7NEWS.az saytını təsis edib. Bundan başqa ASGA nəzdində bir sıra informativ layihələrin müəlliflik edib. Dağlıq Qarabağda baş evrən prosesləri işıqlandırmaq üçün ShushaPost.az saytını təsis etmiş və baş redaktoru vəzifəsində çalışıb. Müstəqilliyimizin 25 illiyi münasibəti ilə verdiyi təklif əsasında azerbaijan25.az informasiya resursu yaradılıb.
2020-ci ilin iyun ayında baş vermiş erməni təxribatı zamanı könüllü olaraq ordu sıralarına yazılıb və sentyabr ayında orduya cağrılaraq 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Müharibə veteranıdır. Ehtiyatda olan kapitan Azər Rauf oğlu Verdiyev bu gün də müstəqil ekspert, icmalçı olaraq ölkənin nüfuzlu media qurumlarında analitik yazılarla çıxış edir.


Ailəlidir, 6 övladı var.


100 yaşa, Azər bəy!


Bütün gözəlliklər sizin olsun!
 

RƏYLƏR