45 yaşlı qadın ruha ərə getdi - FOTO

OXUNUB: 533 MARAQLI

"Özümə layiq kişi tapa bilmədiyim üçün bu qərara gəldim".

Şimali İrlandiyadakı Daunpatrik şəhərinin sakini, 45 yaşlı Amanda Tiqin toyu olub. Lakin toyda bəy yoxdu.

Çünki Amanda Tiq Sparrou 18-ci əsrdə yaşamış Cek adlı haitili dəniz quldurunun ruhuna ərə gedib.

Nikah və toy mərasimi Daunpatrik şəhərinin sahillərində, kiçik qayıqda olub.

A.Tiqin dediyinə görə, Şimali İrlandiyadja ruhla evlənmək qanuni sayılmadığından o, beynəlxalq sularda lövbər salmış qayıqda nikah mərasimini gerçəkləşdirib.

Amandanın dediyinə görə, Cek sağ olanda "Karib dənizinin quldurları" filmindəki kapitan Sərçə Cekə (Captain Jack Sparrow) bənzəyirmiş.

 

Filmdə bu rolu aktyor Conni Depp oynayıb.

2015-ci ildə Amanda Tiq soyadına Sparrou sözünü əlavə etmişdi./milli

İcmal.Az

RƏYLƏR