5 tələbənin faciəvi şəkildə öldüyü qəzanın ŞOK SƏBƏBLƏRİ MƏLUM OLDU

OXUNUB: 893 SOSİAL
Ekspert Ərşad Hüseynov ötən həftə beş tələbənin qəza nəticəsində baş verən faciəli ölümünün səbəblərinə toxunub.

İcmal.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, bu faciə hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır. Ə.Hüseynov bu hadisənin prizmasında ölkədə yol hərəkəti təhlükəsizliyinin bərbadlığını göstərib:

1. Sükan arxasında 17 yaşlı gənc olub (belə məlumat yayılıb). 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz.

2. Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Yollarımızda təkər üstündə uçmaq istəyənlər artmaqdadır və təəssüf ki, sürətin nə demək olduğunu anlayanlar çox azdır.

3. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında dərhal xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Belə xəndək olmasa, avtomobil bir neçə dəfə yumalansa da, içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası: yolların hər yerinə dəmir sədd düzənlər, bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.

4. Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvala qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.
 
İcmal.Az

RƏYLƏR