5 yaşlı gəlin toydan 14 gün sonra həyatını itirdi - Video

OXUNUB: 791 DÜNYA

Şotlandiyada 5 yaşlı Eyleyd Paterson adlı qız ağır xəstəlik üzündən həyatını itirib.

Həkimlər 2 yaşından bəri xərçəng xəstəsi olan uşağın ömrünün az qaldığını deməsindən sonra ana övladının son istəklərini yerinə yetirməyə qərar verib. Qızın ən önəmli istəyi yaxın dostu Harrisonla evlənmək olub.

Eyleydin son istəyini yerinə yetirən ailə, uşaq üçün təmtəraqlı toy edib. Yüzlərlə insanın qatıldığı mərasim xüsusi proqram əsasında təşkil olunub. Əyləncəli ab-havada keçən mərasimdə Harrison və Eyleyd "əbədi ən yaxın dost” elan edilib.

Formal evlənmə mərasimindən 14 gün sonra 5 yaşlı qız gözlərini əbədi yumub./metbuat

İcmal.Az 


 

RƏYLƏR