5 yaşlı uşaq tualetdə ilan tapdı - FOTO

OXUNUB: 718 HADİSƏ

İngiltərədə yaşayan ailənin 5 yaşlı oğlu Ceyms 91 santimetr uzunluğunda piton ilə həyəcanlı anlar yaşayıb.

İcmal.Az publika.az-a istindən xəbər verir ki, həyət evində yaşayan ailə dəhşətli anlar yaşayıb. Evin xanımı Laura Covell deyib ki, bir neçə gündür kanalizasiya sistemi yaxşı işləmirdi. Sən demə, piton günlərlə unitazın içərisində qalıb.

Uşağın atası deyir ki, oğlu ilanı tualetin içində gördükdən sonra çox qorxub. Xoşbəxtlikdən azyaşlı evdə tək olmayıb.

 

İlanın bura necə düşdüyü ilə bağlı ev sahiblərinin heç bir fikri yoxdur. Mütəxəssislərin fikrinə görə, piton yaxınlıqda ilan saxlayan birinin evindən onların tualetinə keçib.

 

İcmal.Az

RƏYLƏR