50 dəqiqədə əməliyyatsız gəncləşin

OXUNUB: 13 SOSİAL

HI-FU SMAS-Liftinq - dərinin cavanlaşması və yumşaq toxumaların bərpası üçün ən effektiv və təhlükəsiz metoddur.

Bu yeganə prosedurdur ki, təsiri dəriyə yox, birbaşa əzələ-aponevrotik təbəqəyə (tibb dilində bu təbəqə SMAS adlandırılır) yönəldilir. Ultrasəs SMAS Liftinq, adətən, 1 dəfə tətbiq olunur və prosedurdan sonra heç bir bərpaya ehtiyac qalmır, çünki bu prosedurdan sonra üzünüzdə nə qançır, nə şişkinlik, nə də qızarma baş vermir.

Digər texnologiyalardan üstünlüyü

SMAS-liftinqin dərinin 4,5 mm dərinliyində yerləşən əzələ-aponevrotik təbəqəyə təsir göstərən analoqu olmayan yeganə prosedur metodudur ki, digər aparat və inyeksiya texnologiyaları ilə də rahat təmasa girə bilir.

Ultrasəs SMAS-liftinq prosedurlarının xüsusi özəlliyi:

• Prosedur tam ağrısız keçir

• Xüsusi hazırlıq və ya anesteziya tələb etmir

• 1-1,5 il öz təsir gücünü davamlı olaraq saxlayır

Ultrasəs SMAS-liftinq proseduru necə keçirilir?

Prosedurdan əvvəl dəridəki makiyaj qalıqları mütəxəssis tərəfindən təmizləndikdən sonra dəriyə xüsusi nişanlar çəkilir.

Sonra yumşaq toxumaların vizuallaşdırılması və ultrasəs başlığının üz dərisində rahat sürüşməsini təmin etmək məqsədilə dəriyə gel çəkilir. Bundan sonra çəkilmiş nişanlamaya ciddi riayət edərək dərinin üzərinə ultrasəs başlıqla təsir edilir.

Nəticədə ultrasəs enerjisi əzələ-aponevrotik sisteminin (SMAS) üst qatında yerləşən kollagen və elastin liflərinə təsir edərək kollagen liflərin qısalmasına, SMAS-ın həcminin azalmasına, bu da öz növbəsində üz dərisinin dərhal dartılmasına çətirib-çıxarır. Ultrasəs enerjisinin təsiri yeni kollagen və elastin liflərinin sintezini aktivləşdirir, hansı ki prosedurun effektinin bir neçə ay ərzində artmasını təmin edir.

Ani Liftinq 2 faktor sayəsində təmin olunur:

1. SMAS həcminin kiçilməsi və nöqtəvi koaqulyasiya nəticəsində dartınması

2. Kollagen liflərinin yığılması və qısalması.

SMAS-liftinqin effektivliyi və təhlükəsizliyi çoxsaylı klinik təcrübələrlə təsdiqlənib (Harvard Medical School; Wellman Center for Photomedicine;  Northwestern University School of Medicine; University of California at San Diego).

Ultrasəs liftinq prosedurunun effekti 90 gün ərzində artır. Bu prosedur o qədər mühüm və təhlükəsizdir ki, tarixdə ilk dəfə bu aparat texnologiyası "Liftinq” kateqoriyasinda FDA-nın (ABŞ-da qida və dərmanların keyfiyyətinə nəzarət idarəsi) qeydiyyatına alınıb.

Başqa növ müalicə avadanlığı metodları ilə uzlaşması

Qalıcı effekt əldə etmək üçün SMAS-liftinq ilə növbəli şəkildə RF liftinq tətbiq olunur. Yumşaq toxumaların ptozisinin qarşısının alınması və üzdəki başlanğıc dəyişikliklərin düzəldilməsi üçün yalnızca SMAS-liftinq kifayətdir.

İcmal.Az

RƏYLƏR