50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü

OXUNUB: 575 GÜNDƏM
Tərtər rayonunda bir nəfər dəm qazından ölüb. Hadisə rayonun Qaradağlı kəndində baş verib.

Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb.

N.Nəbiyevin meyiti hamamda aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

RƏYLƏR