54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd Kamil Dadaşovun təbliğatı davam edir

OXUNUB: 2270 SOSİAL
54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Kamil Yusif oglu Dadaşovun təbliğat-təşfiqat kampaniyası davam edir. Kamil Dadaşov kampaniya çərçivəsində Siyəzən rayonunun daha bir neçə kəndlərində seçicilərlə görüş keçirib. Belə ki, Eynibulaq, Dağ Quşçu, Sədan, Məşrif, Qalaaltı kəndlərində sakinlər öz doğma rayonlarından olan, perspektivli gənc neftçi Kamil Dadaşova böyük dəstək nümaiş etdirirlər.
[ ] İddialı namizəd Kamil Dadaşov kəndlərdə sadə və səmimi insanlarla görüşür, onların problemləri və qayğıları ilə dərindən maraqlanır: "...Yurdumun insanları ilə ev-ev, qapı-qapı gəzərək görüşmək, onların həyat tərzi, qayğı və problemləri ilə maraqlanmaq, xeyir-dualarını almaq, istəklərini dinləmək vacibdir. Hər bir görüş, hər bir ünsiyyət mənim üçün olduqca dəyərlidir. Hədəflərim böyükdür. İnsanların güvənini qazanmaq, qayģılarına qalmaq, problemlərini dərindən öyrənib həllinə nail ola bilmək bir məsuliyyət tələb edir. Lakin mənim üçün insanların qayğısına qala bilmək böyük şərəfdir” – deyə gənc namizəd görüş zamanı seçicilərinə niyyətini açıqlayıb. 
Bütün görüşlərdə seçicilər tərəfindən səmimi məhəbbətlə qarşılanan namizədə insanların etimadı böyükdür. Bunu görüş iştirakçıları söhbətlərində xüsusi vurğulayaraq, digər namizədlərə də ismarıc göndəriblər. "Bizi bizdən olan millət vəkili daha yaxşı anlaya bilər” deyərək məhz Kamil Dadaşova etimad göstərəcəklərini vurğulayıblar.
Həmçinin Kamil Dadaşov 2015-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Siyəzən rayonunun Dağ Quşçu kənd sakini Ağadadaş Şahkərəmovun ailəsini də ziyarət etməyi özünə borc bilib. Şəhidin validenlərinin xeyir-duasını alan Kamil Dadaşov Ağadadaşın timsalında bütün şəhid valideynlərinin qarşısında baş əydiyini və vətən uğrunda canından keçən igidlərimizlə qürur duyduğunu dilə gətirib.
Görüş zamanı iddialı namizəd Kamil Dadaşov Dağ quşçu kənd sakini seyid Muradağa Kazımovun qonağı olub və onun da xeyir-duasını da alıb. Kamil Dadaşov deyir ki, "Xoşbəxt millətik ki, bizim belə imanlı, vicdanlı, sadə, qonaqpərvər insanlarımız var.

Millət vəkilliyinə real namizəd Kamil Dadaşovun növbəti görüşləri zəngin tarixə malik qədim Şabran rayonunun kəndlərində olacaq: "Qədim Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim şəhərlərimizdən olan Şabran şəhərinə getmək, kəndlərində insanlarla görüşmək bir başqa zövq verir.

Dövlətimizə və dövlətçiliyimizə sədaqətlə, yurdumun insanına inanaraq, dəyər verərək inşallah bu yolda qalib gələcəyimə inanıram. Atalarımızın dediyi kimi "El bir olsa, dağ oynadar yerindən” – deyə Dadaşov qeyd edib.

Kamil Dadaşovun Siyəzən və Şabran kəndlərində görüşləri davam edir…
 
 
 
 
Edit

RƏYLƏR