65 yaşlı kişi ailəsi ilə dalaşdı, özünü öldürdü

OXUNUB: 752 HADİSƏ
Tovuz rayonunda intihar hadisəsi baş verib.

Hadisə iyunun 1-də gecə saatlarında baş verib.

Rayonun Qaraxanlı kənd sakini, 1952-ci il təvəllüdlü Vəlixanov Aydın Vəlixan oğlu gecə saat 04: 00 radələrində yaşadığı evdə esense turşusu (sirkə) içib. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. A.Vəlixanov xəstəxanada dünyasını dəyişib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalar aparılır./trend
 
 
İcmal.Az

RƏYLƏR