7 kişini öldürən qadının dəhşətli həyatı - “Qardaşımla da cinsi əlaqəyə girmişəm”

OXUNUB: 1390 DÜNYA
Dünyanı dəhşətə salan qatil qadınlardan danışanda ağıllara ilk olaraq silsilə qətllərə imza atan, qurbanlarını kişilər arasından seçən amerikalı Aileen Carol Vuornos gəlir. 

Moderator.az çoxlarının şeytan qadın kimi tanıdığı  Aileen Vuornos haqqında indiyədək məlum olmayan bəzi məlumatları təqdim edir. 

Aileen Vuornos bir çox cinayətkar kimi həyata 1-0 məğlub vəziyyətdə  başlayıb. Kiçik yaşında təcavüzə məruz qalır, döyülür, satılır və nəhayət küçəyə atılır. Uşaq yaşlarında təkbaşına ayaqda durmağa çalışan Aileen Vuornos ixtiyarsız olaraq qaranlıq bir həyatın içinə düşür də illərlə oradan qopa bilmir. Əlinə bir neçə dəfə həyatını düzəltmə imkanı keçməsinə baxmayaraq, o, bildiyi, gördüyü və yaşadığı yeganə yol ilə getməyi üstün tutur. İnsanlara o qədər nifrət edir ki, sonunda ona təcavüz edən bir adamı çantasında daşıdığı 22 kalibrli silah ilə öldürür. Həyatının sevgisi ilə tanış olanda isə bəlkə də ilk dəfə sevginin nə demək olduğunu öyrənir. Lakin ən son zərbəni də yolunda hər şeyi gözə aldığı lesbian sevgilisindən alır. 

Aileen Wuornos’un Hayatı



Aileen Vuornos həyatı haqqında qısaca da olsa ətraflı məlumat verək:

Amerikanın ən məşhur silsilə cinayətlər törətmiş qadın qatillərindən biri olan Aileen Vournos 5 kişini öldürməkdə təsirli bilinərək həbs olunaraq edam edilib. Ailleen Vournosun həyatı Charlize Theronun baş rolunu oynadığı 2003-cü ildə çəkilmiş "Monster” filminin mövzusuna çevrilib. 
Aileen 29 fevral 1959-cu ildə Diana Vuornos ilə Leo Pittmanın ikinci uşaqları olaraq dünyaya gəlir. Valideynləri evlənəndə anasının 14, atasının isə yalnız 16 yaşı varmış. Uşaq yaşda uşaq sahibi olan anası ilə atası Aillen doğulmadan əvvəl boşanırlar. Aileenin qardaşı Keyt Voornos isə 14 may 1955-ci ildə doğulub. Aileen atası ilə heç bir zaman tanış olmayı, çünki o, anadan olanda atası həbsxanada olub. Uşaq təcavüzündə günahlandıran şizofreniya xəstəsi olan atası 30 yanvar 1969-cu ildə həbsxanadaca özünü asaraq intihar edib.

Aileen Vuornosun uşaqlığı:

Alieen Wuornos'un Çocukluğu


Aileenin anası isə qızının hələ 6 aylığında (bəzi mənbələrdə 4 yaşında tərk edildiyi bildirilir) bir məktub yazaraq evi tərk edib. Bunun üzərinə Aileeni nənəsi ilə babası himayəsinə götürüb. Aileen və qardaşını rəsmi olaraq isə 18 mart 1960-cı ildə  övladlığa götürüb. Amma işlər yenə də qaydasında getməyib.  Çünki sərxoş və əsəbi olan babası uşaqları cinsi istismara məruz qoyur, tez-tez şiddət tətbiq edir. 13 yaşına gəldikdə isə Aileen uğradığı bir təcavüz nəticəsində hamilə qalır. Onu hamilə qoyan adamın bəzi mənbələrdə babasının bir dostu, bəzilərində isə həmyaşıdlarından birinın olduğu göstərilir.

Büyükannesi ve Büyükbabası ile Birlikte


Aileen evsiz qadınların doğuş etdiyi bir yerdə bir oğlan uşağı dünyaya gətirir. Doğuşdan dərhal sonra uşağı əlindən alınaraq övladlıq verilr. Həmin dövrdə siqaret və digər ehtiyaclarının qarşılığında Aillen həmyaşıdları ilə cinci əlaqəyə girir. Aileen sonralar qardaşı ilə də cinsi əlaqəyə girməyə məcbur olduğunu etiraf edir. Doğumdan qısa müddət sonra isə nənəsi vəfat edir və  Aileen məktəbdən ayrılır. 15 yaşına çatanda babası tərəfindən evdən qovulan gənc qız həyatda qalmaq üçün fahişəlik etməyə başlayır.

Uzun müddət meşələrdə, köhnə avtomobillərin içində yaşayan evsiz Aileenin həyatındakı heç bir şey düzgün getmir. Ətrafındakı kimsə Aileenə məhəl qoymur, o da külək hansı tərəfə sürükləsə, o tərəfə gedir. Alkoqol və narkotik istifadə etməyə başlayan gənc qızın yolu cinayət aləminə tuşlanır. 1970-ci illərdə bir neçə dəfə həbs olunan Aileen Floridaya köçməyə qərar verir. Və burada bəlkə də ilk dəfə şans üzünə gülür. Zəngin və kübar bir adam olan 70 yaşlı Luis Gratz Fell ilə tanış olan Aileen qısa müddət sonra onunla evləir. Lakin 20 yaşlı gənc qadın kübar həyata vərdiş etmədiyi üçün barlara getməyə, içməyə və əxlaqsız hərəkətlər etməyə davam edir. Buna qarşı çıxan ərini isə əsa ilə döyür. Bundan sonra əri  9 həftəlik nikahlarını ləğv etdirir. 

20 Yaşındaki Alieen'in 9 Hafta Evli Kaldığı Eşi



Həmin ərəfədə Aileenin qardaşı Keyt xərçəng xəstəliyindən vəfat edir və sığorta şirkəti Aileen Wuornosa 10.000 dollar ödəyir. Amma Aileen nikahında olduğu kimi bu imkanı da qiymətləndirib həyatını dəyişə bilmir. 

1981-ci ildə bir marketdən 2 paket siqaret ilə 35 dollar oğurladığı üçün 14 ay həbs cəzasına məhkum edilən qadın türmədən çıxandan sonra saxta çek istifadə, silah oğurlayır. Avtomobil oğurluğu, silahlı qarət, ədaləti mane olma, dələduzluq kimi bir çox cinayətdən içəri girib çıxan Aileen həyatını bu şəkildə davam etdirir. 

Daha sonra Aileen lesbian Tyria Moore ilə tanış olur. 

Aleyhinde Tanıklık Yapan Sevgilisi Tyria Moore


Birlikdə yaşamağa başlayan lesbian cütlük həftəlik, aylıq otaqlar tutur, pulları hara çatırsa orada qalırlar. Həyatında ilk dəfə sevgili olduğuna inanan Aileen sevgilisinə hər nə olur olsun onu qoruyacağına dair söz verir. Fahişəlik edərək Tyrianın və özünün ehtiyaclarını təmin etməyə çalışır, magistrallarda, parklarda müştəri tapır. 

Ancaq günlərin birində işlər dəyişir. 30 noyabr 1989-cu ildə silsilə qəttlər törədəcək Aileen ilk cinayətini işləyir. Və ya məcbur olur.  Belə ki, 51 yaşlı Riçard Mallory adlı şəxs tərəfindən maşına mindirilən Aileenə bağlanaraq təcavüz edilir. Bir çox fahişə kimi çantasında silah daşıyan Aileen Malloryini öldürərək cəsədini meşəyə atır. Sonradan aparılan tədqiqatda Malloryinin  təcavüz cinayətindən 10 il həbs yatdığı ortaya çıxır.

Sonrakı bir il ərzində 6 kişini daha öldürdüyünü deyən Aileen silahla vurduğu adamların hamısının onu döydüyünü, ya da təcavüz etdiyini deyib. Qurbanları 43 yaşlı Devid Spears, 40 yaşlı Çarlz Carskaddon, 65 yaşlı Piter Siems, 50 yaşlı Troy Burress, 56 yaşlı Çarlz Hamfris və Uolter Antonio olub. Cinayətlərin izini aşmaqda isə polislərə Aileenin lesbian sevgilisi Moore kömək edib.  Aileen Floridada bir barda həbs olunarkən, Moore də Pensilvaniyada tutulub. Aileen üçün işin ağır olan tərəfi həyatının eşqi kimi gördüyü Moorenin onu satması olub. Çünki Moore cəza almamaq üçün polislə müqavilə bağlayıb və polislərə Aileenin  bütün cinayətlərini etiraf etdiyi telefon danışığını verib. 

Alieen Wuornos'un Kurbanları


7 nəfəri öldürdüyü deyilsə də meyitlərdən ikisi tapılmadığı üçün 5 nəfərin cinayətindən mühakimə olunan qadın 27 yanvar 1992-ci ildə ölümə məhkum edilir. Özünü qorumaq üçün cinayət işlədiyini deməsinə baxmayaraq günahkar olan Aileen ölüm hökmünü eşidəndə "Mən günahsızam, ümid edirəm sizə də təcavüz edərlər nəcis tornaları!" - deyərək etiraz edir.

9 oktyabr 2002-ci ildə zəhərli iynə ilə edam edilən Aileen Vuornos dəfnində Natali Merchantın Carnival adlı mahnısının səslənməsini vəsiyyət edib. İlk başda edam cəzasına qarşı çıxan Aileen Vournos daha sonra həbsxanada verdiyi müsahibədə törətdiyi cinayətlərin altında qəzəbinin olduğunu, insanlardan nifrət etdiyini, edam edilməsinin lazım olduğunu, yoxsa həbsdən çıxanda yenə cinayət törədəcəyini söyləyir. Bundan başqa, edam səhərində son istəyi soruşanda, sadəcə bir fincan tünd qəhvə istəyir.

Aileen Wuornos Kimdir? Kısaca Bilgi




 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR