7 nəfəri öldürüb "ölüm bağı" yaratdı, 360 il aldı - FOTO

OXUNUB: 916 MARAQLI HADİSƏ

ABŞ-da 5 qadını və bir kişini xüsusi amansızlıqla qətlə yetirmiş şəxsin məhkəməsi başa çatıb.

ABŞ-ın Konnektikut ştatındakı Nyu Briteyn şəhərciyinin sakini, 47 yaşlı Uilyam Devin Houell 6 ömürlük həbs cəzası və ya 360 il həbs alıb.

Əslən Virciniya ştatındakı Hempton şəhərindən olan manyak qurbanlarını köhnə, "ölüm maşını" adlandırdığı maşını ilə axtarırdı.

Öldürdüyü adamları da Nyu Briteyn şəhərində, 539 Hartford Road ünvandakı ticarət mərkəzinin arxasındakı meşəlikdə basdırırdı.

Manyak cəsədləri basdırdığı yeri "ölüm bağı" adlandırırdı.

Polis seriyalı qatilin məhz U.Houell olduğunu müəyyənləşdirəndə o, 7-ci qurbanı Nilsa Arismendini qətlə yetirdiyinə görə 15 il həbs cəzası almışdı və həbsxanada idi.

Arismendi 2003-cü ilin iyul ayında Uetersfild şəhərindəki marketin qarşısındakı dayanacaqda yoxa çıxmışdı.

 

Houell "ölüm bağında" hər cəsədi xüsusi "səliqə" ilə basdırır, məzarı ləkə bənzətməyə çalışırdı.

Bəzi qurbanlarını boğur, bəzilərini ölənədək döyürdü.

Məhkəmədə hökm oxunanda U.Houell deyib: "Günahımı etiraf edirəm. Həbsxanada şəkərli diabetdən yavaş-yavaş öləcəyəm. Ümid edirəm ki, əzablarım qurbanlarımın ailələlərinin ağrılarını azaldar"./milli

7 nəfəri öldürüb

7 nəfəri öldürüb

7 nəfəri öldürüb

7 nəfəri öldürüb

7 nəfəri öldürüb

7 nəfəri öldürüb

İcmal.Az

RƏYLƏR