7 yaşlı uşağa işgəncə verdilər, meyitini donuzlara yedirtdilər: dünyanın ən qəddar valideynləri - FOTOLAR

OXUNUB: 1068 DÜNYA

ABŞ-ın Kanzas ştatındakı Kanzas-Siti şəhər məhkəməsində Maykl və Hizer Conslarla bağlı proses başa çatıb.

Onlar tam bir il ərzində oğulları, 7 yaşlı Edriana dəhşətli işgəncələr veriblər, uşağın həyatını əsl cəhənnəmə döndəriblər.

İcmal.Az CNBS-yə istinadən bildirir ki, Edrian işgəncələrə dözməyərək keçinəndə isə ərlə arvad oğullarının meyitini həyətdəki donuzlara yedirdiblər.

Məhkəmənin qərarı ilə 46 yaşlı Maykl Cons ömürlük həbs cəzası alıb. Onun arvadı, Edrianın ögey anası, 31 yaşlı Hizer də eyni cəzanı alıb. Hizer Kanzas ştatındakı Topika şəhərində yerləşən həbsxanaya göndərilib.

Polis evdə axtarış apararkən Maykl Consun noutbukunda onun oğlunu məruz qoyduğu dəhşətli işgəncələrin əks olunduğu fotoları və videoları tapıb.

Edrian ailədəki 6 uşaq arasında 5-ci idi.

Valideynləri Edrianı vanna otağına salıb orada saatlarla saxlayır, həyətdəki hovuza salıb qış aylarında boğazadək suda durmağa vadar edir, əllərinə və ayaqlarına qandallar vurur, bədəninə elektrik cərəyanı buraxır, dərisini qopardır, ac saxlayırdılar.

Fotolardan birində Edrian ölüm düşərgəsindəki məhkuma bənzəyir: o, bir dəri-bir sümükdür, bədəni yaralarla, xoralarla doludur, ayaqları qandallardan şişmiş vəziyyətdədir.

İcmal.Az

RƏYLƏR