70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO

OXUNUB: 667 HADİSƏ
70 yaşlı kişinin dəhşətli cinayət hadisəsi törətdiyi iddia edilir. Hadisə Aydın əyalətinin Nazilli mahalında baş verib.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, iki 70 yaşları olan adam torpaq sahəsi üstündə mübahisə edib. Bu mübahisədən sonra Ülfet Özcan adlı şəxs itkin düşüb.

Hadisəylə bağlı polis axtarışlara başlayıb. İtkin düşən şəxsin cəsədi yaşadığı evdən 3-4 km uzaqlıqda torpağa basdırılmış halda tapılıb. Onun üzərində aparılan tibbi müayinə nəticəsində başından vurularaq öldürüldüyü məlum olub.

Sözügedən şəxsi öldürməkdə şübhəli bilinən 70 yaşlı Kazım Təkəli isə göz altına alınıb.

70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO
70 yaşlı kişi həmkəndlisini öldürüb basdırdı – Torpaq üstündə dava - FOTO
İcmal.Az

RƏYLƏR