700 qramlıq körpəyə sənəd ala bilmirlər - Foto

OXUNUB: 709 SOSİAL

Türkiyədə yaşayan azərbaycanlı ailə Azərbaycan səfirliyindən yardım istəyir.

Marmarisdə yaşayan Rauf-Nərmin Həsənli cütlüyü 6 aylıq dünayaya gələn 700 qramlıq körpələrinə pasport ala bilmir. 

Ailə iddia edir ki, Dənizli dövlət xəstəxanasına yerləşdirilən körpənin müalicəsinə onlardan 800 türk lirəsi tələb edilib. Rauf Həsənlinin sözlərinə görə, o, sosial sığortalı işləsə də, körpənin pasportu olmadığına görə, pulsuz müalicə ala bilmir. 

Həsənli ailəsin daha bir iddası isə Türkiyədəki Azərbaycan səfirliyi ilə bağlıdır. Onlar bildirir ki, səfirlik uşağa pasport vermək üçün onun Ankaraya gətirilməsini tələb edib.  Hazırda çətin vəziyyətdə qalan Həsənlilər səfirlik nümayəndələrindən kömək istəyirlər./qafqazinfo

İcmal.Az

 



RƏYLƏR