71 yaşlı Silvestr Stallone qızlarından danışdı: Qızıma söz deyəni... - FOTO

OXUNUB: 625 DÜNYA

Dünyanın ən məşhur aktyorlarından biri, "Rokki" və "Rembo" obrazları ilə canlı əfsanəyə çevrilmiş 71 yaşlı Silvestr Stallone dünən üç qızı ilə birlikdə restorana yollanmışdı.

 21 yaşlı Sofiya və 19 yaşlı Sistin Kaliforniya ştatındakı Şerman-Ouksda, "Casa Vega" restoranında atalarının müşayiəti ilə şam ediblər.

S.Stallonne 1974-cü ilin dekabrında evləndiyi Saşa Çakı boşayandan sonra model Bricit Nilsenlə ailə qurmuşdu. Stallone ilə Nilsen 1985-ci ildə boşanıblar. 1997-ci ildəsə Stallone Cennifer Flavinlə evlənmişdi.

Stallonenin bu nikahdan Sofiya, Sikstin və Skarlet adlı üç qızı var.

 

"Qızlarımı çox sevirəm. Qızıma söz deyən qarşısında məni görəcək", - Stallone restoranı tərk edərkən reportyorlara gülərək belə deyib./milli
71 yaşlı Silvestr Stallone qızlarından danışdı: Qızıma söz deyəni... - FOTO71 yaşlı Silvestr Stallone qızlarından danışdı: Qızıma söz deyəni... - FOTO

 

İcmal.Az

RƏYLƏR