71 yaşlı xalq artistimiz Səməd Səmədovun əsl peşəsi görün nə imiş - FOTO

OXUNUB: 880 ŞOU-BİZNES
"Space TV"də yayımlanan "Hər səhər" verilişinin budəfəki qonağı xalq artisti Səməd Səmədov olub.

Maraqlı açıqlamalar verən müğənni gənc yaşlarından oxumağa başladığını bildirib. İfaçı bəzi məqamlara da toxunub. O, aparıcının "Sizcə, İlham Quliyeva sağ olsaydı, məşhur "Ağ çiçəyim" mahnısını oxumağınıza icazə verərdimi?" sualına belə cavab verib:

"Mən "Ağ çiçəyim" mahnısını İ.Quliyevanın sağlığından ifa edirəm".

Daha sonra isə xalq artistimiz ikinci peşəsindən danışıb. S.Səmədov bildirib ki, o, peşəkar boksçu, futbolçudur.

Sonda isə S.Səmədov həmkarı Əli Mirəliyevlə bağlı sualları cavablandırıb. O, aparıcının Ə.Mirəliyevin haqqınızda səsləndirdiyi ittihamlara çox vaxt cavab vermirsiniz. Bu nə ilə əlaqədardır?" sualına "Əli Mirəliyevlə həmkar olsaq da aramızda səviyyə fərqi var. Mən onun ittihamlarına cavab versəm, səviyyəm aşağı düşər".

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi BiG.AZ saytıdır.
71 yaşlı xalq artistimiz Səməd Səmədovun əsl peşəsi görün nə imiş - FOTO
İcmal.Az

RƏYLƏR