72 yaşlı məşhur aktrisa bütün SİRLƏRİNİ AÇDI: "Rejissorla asanlıqla yatağa girirəm" - FOTO

OXUNUB: 850 ŞOU-BİZNES

Hollivudun əsas xanımı ehtiraslı Hellen Mirren bu ay 72 yaşını qeyd etdi. Uzun illərdir ki, Hollivudun seks simvolu sayılan Helen Oskar, Qızıl Qlobus, Emmi və bir sıra digər şərəfli mükafatlara layiq görülüb. Dünya kinosunun ən parlaq simalarından olan Heleni sevməyən yoxdur. O, özünəxas şıltaqlığı, insanlarla isti və ehtirsalı münasibətinə görə daim ətrafındakıların diqqət mərkəzində olub.

72 yaşı olmasına rəğmən öz şarmını və cazibədarlığını qoruyan Mirrenin atası rus olub. Aktrisanın əsl adı isə Yelena Lidiya Mironovadır. Lakin o, rus əsilli olduğunu heç vaxt qürurla səsləndirməyib. Əksinə hər yerdə zarafatla "Qurşaqdan aşağı hissəm rusdur” deyib.

Helen Mirrenin bütün müsahibələri, qatıldığı proqramlar əsl qalmaqal yaradır. O, ətrafındakılara ruh yüksəkliyi və xoş əhval ötürməyi bacarır. Bugünlərdə Holluvudun seks simvolu qatıldığı tok-şouda səsləndirdiyi fikirlərlə yenə diqqətləri öz üzərinə çəkməyə nail olub.


Картинки по запросу helen mirren

- Helen, sənətiniz barədə nə düşünürsünüz?

- Düşünürəm ki, bütün aktyorlar avara və oğrudular. Ən azı olmaq məcburiyyətindədirlər. Bilirsiniz, bizim peşəmiz çox təzadlıdır. Şekspirin əsərləri əsasında səhnələşdirilmiş tamaşalarda oyanayanda elə bilirlər ki, sən ağıllı, savadlı bir insansan. Lakin onlar təsəvvür belə etmirlər ki, səsləndirdiyin fikirlərin yarısından çoxunu anlamırsan.

- 72 yaşınız tamam oldu. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Hiss etmisinizmi son zamanlar vaxt daha tez keçməyə başlayır. Zaman sanki uçur, işlər, planlar tamamlanmadan yarım qalır. Məhz buna görə də özümü bu yaşda hiss etmirəm. Hər an zamandan sərfəli yararlanmağa çalışmışam. Düşünürəm ki, vaxt öldürmək ən böyük cinayətdir. İnsanın yaşı artdıqca ölüm haqda daha az düşünməyə başlayır. Odur ki, mən öz həyatımı bütün rənglərilə yaşayıram, ölümümü gözləmirəm.

- Həyatınızın ən çox sevdiyiniz dövrü hansıdır?

- Düşünürəm ki, qadının ən cazibədar və pak dövrü 20 yaşıdır. Sən bu yaşda olduqca zərif və gözəlsən. Anlayırsan ki, bir daha heç vat 20 yaşın olmayacaq. Digər bir tərəfdən isə nə qədər köməksiz və aciz olduğunu dərk edirsən. Çünki bütün həyatın hələ qarşıdadır və nə baş verəcəyini xəyal belə edə bilmirsən.

- Bir çox filmlərdə İngiltərə kraliçasının obrazını canlandırmısınız. Kraliçanın özü ilə heç görüşmüsünüzmü?

- Bəli, dəfələrlə onunla görüşüm baş tutub. Hər dəfə kraliçanı görəndə ətrafımdakılara deyirəm: Baxın, baxın, bu, mənəm!

Картинки по запросу хелен миррен и ее муж

- Şöhrətli aktrisa olmaq üçün nə etmək lazımdır?

- Bəzən şöhrət qazanmaq üçün ekranda bərbad görünmək vacibdir. Çox vaxt mənə film təklifləri gələndə rejissorlara deyirəm: Məni niyə filminizə çəkmək istəyirsiniz? Oskar almışam ona görə? Onlar isə təbii ki, bunu təkzib edirlər. Lakin bu, danılmaz faktdır.

- Həyat yoldaşınızın filmlərində də çox rol almısınız. Bu haqda nə deyə bilərsiniz?

- Bilirsiniz biz həyat yoldaşımla düz 10 il birgə yaşadıq. Sonra isə evlənməyə qərar verdik. Onun filmlərində çəkilməyin bir üstünlüyü var. Gecələr əziyyət çəkmədən rejissorun yatağına girə bilirsən.

Похожее изображение

- Amma övladınız olmayıb..

- Mən ana olmağı çox istəyirdim, amma alınmadı. Nə etmək olar?! Müəyyən bir yaşadək ətrafımdakılar mənə: "Ay qarı, bəlkə tələsəsən" deyirdiər. Mən isə cavabında "Əl çəkin!" deyirdim. İndi düşünürəm ki, səhv etmişəm.

- Həyatda ən çətin şey nədir?

- Həyatla yaşamağı öyrənmək.

- Rus əsillisiniz, bu haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, Stalin sağ olsaydı, mənə vurulardı...

- Tez-tez filmlərinizdə çılpaq soyunursunuz...

- Açığı, kamera önündə soyunmağı heç sevmirəm. Düşünürəm ki, ən yaxşı satıcı vücuddur. İnsanlar çılpaq döşləri görmək üçün nələrindən keçmirlər ki?!

- Sonda bir şey deyin...

- Tez-tez insanları heyrətləndirməyə çalışın, ilk növbədə isə özünüzü./publika

 

İcmal.Az

RƏYLƏR