73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO

OXUNUB: 720 MARAQLI
Məşhur bir deyim var ki, avtomobillər çoxdan cah-calal sayılmır, onlar sadəcə nəqliyyat vasitəsidir. Buna baxmayaraq, yenə də eksklüziv maşınlar var ki, öz sahibləri üçün qürur predmetidir. Bugatti məhz belələrinə aiddir.

İcmal.Az xəbər verir ki, milli.az yarım əsrdən çox gölün dibində qalan, çıxarılaraq bərpa edilən möhtəşəm klassik Bugatti haqda məlumatı oxucuları ilə bölüşür.

Suda batmış Bugattinin "doğma qardaşı" - Bugatti Type 40 Boattail Speedster modeli.

İtaliya-İsveçrə sərhədində yerləşən Major gölündə batmış Bugatti haqqında mifik tarix yerli sakinlərə yaxşı məlumdur.

Bu hekayələrə əsasən, 1925-ci ilin Bugatti Type 22 Brescia Roadster idman avtomobili yarışçı Rene Dreyfusa aid idi. O, 1934-cü ildə Parisdə onu poker oyununda uduzmuşdu. Yeni sahibi, isveçrəli pleyboy Adalbert Bode öz qəniməti ilə vətənə qayıtmaq istəyir. Amma cibində nağd pul olmadığı üçün sərhəddə rüsumu ödəyə bilmir. Bu səbəbdən avtomobili İsveçrə sərhədindən buraxmırlar. Çarəsiz Bode qəniməti İsveçrə məmurlarının yanında tərgidərək, yoluna davam edir.

Xromlanmış faralar və radiator barmaqlığının arı şanları, batmış Bugatti Type 22 Brescia.

O günlərdə doqquzyaşlı Bugatti böyük marağa səbəb olmurdu, bundan əlavə, tələb edilən verginin məbləği maşının bazar qiymətindən yüksək idi. Gömrük məmurları üçün də bu maşın maraqsız olur və beləliklə onu, o zaman 50 metr dətinliyi olan gölə atırlar.

Suda batmış Bugattinin "yaxın qohumu" - Bugatti Type 13.

Bugatti Type 22 idman rodsterləri İtaliyanın Breşiya şəhərində yığılırdı. Avtomobil 1.5 litrlik 4 silindrli mühərrikə malik idi və demək olar ki, saatda 160 kilometr sürətlə hərəkət edə bilirdi. 1920-ci illər üçün bu çox sürətli maşın sayılırdı, lakin 9 il istismar ediləndən sonra o artıq "uçmurdu".

İnanılmazdır, aşkar edilərkən şinlərdə hava qalmişdı və kuzov da orijinal göy rəngini qoruyub saxlamışdı.

Batmış xəzinənin çıxardılması

Beləliklə, 73 il gölün dibində qalan avtomobil çıxarılır və hərracda 360 min dollara satılır. Bu məbləğ, ilkin gözləntilərdən çox yüksək idi. Alıcı, ABŞ-ın Kaliforniya ştatının Oksnarda şəhərindən olan sahibkar Mullin Museum idi. (publika.az)

73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO
73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO
73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO
73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO
73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO

İcmal.Az

RƏYLƏR