79 kiloqram narkotik dövriyyədən çıxarıldı

OXUNUB: 495 HADİSƏ

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Bu haqda İcmal.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Narkotik maddələrə qarşı əməliyyatlar Biləsuvar, Balakən, İmişli, Bərdə, Göyçay rayonlarında keçirilib.

Polis qeyd olunan rayonlarda ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlayıb. 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. 

Faktlarla bağlı cinayəti işləri başlanılıb. 

İcmal.Az

RƏYLƏR