80 yaşlı kişi arvadını baltaladı - 4-cü evliliyi idi...

OXUNUB: 741 HADİSƏ

Lənkəranda  80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Şəhər sakini, 1937-ci il təvəllüdlü  Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

***

A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.

 

İcmal.Az

RƏYLƏR