91 yaşlı kişi avtomobillə supermarketə girdi – FOTO

OXUNUB: 546 HADİSƏ

Almaniyanın Sarbryuken şəhərində 91 yaşlı kişi maşınla supermarketlərdən birinə girib.

İcmal.Az DPA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər zərər çəkib.

Polis əməkdaşının məlumatına görə, onlardan 3-ü ağır vəziyyətdədir.

Sürücünün özü də yaralanıb. Polis təxmin edir ki, kişi nəqliyyat vasitəsi üzərində nəzarəti itirib.

İcmal.Az

RƏYLƏR