950 min ton buğda istehsal edilib

OXUNUB: 967 İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyinin Rayon İdarələri taxıl biçini barədə operativ məlumatları açıqlayıblar.

İcmal.Az nazirliyə istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə biçiləcək 954736 hektar taxıl sahəsinin 626281 hektarını buğda, 328455 hektarıını isə arpa sahələri təşkil edir.  

Həmin sahələrin 600055.1 hektarı (62,9%) biçilib. Bunun da 326846.1 hektarı (52,2%) buğda, 273209.0 hektarı (83,2%) isə arpa sahələridir.

Ümumilikdə 1627225.6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946315,5 tonu buğda, 680910,1 tonu isə arpa məhsuludur.

Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.

 

İcmal.Az

RƏYLƏR