Ağ Ev dolların ucuzlaşmasına münasibət bildirdi

OXUNUB: 728 İQTİSADİYYAT

Xəbər verdiyimiz kimi, dolların məzənnəsi son üç ilin minimumuna düşüb. DXY indeksi 0,5 faiz ucuzlaşaraq 89,666-ya enib. ABŞ valyutası avroya nisbətdə 0,32, funt sterlinqə nisbətdə isə 0,68 faiz ucuzlaşıb. Yapon yeni dollara nisbətdə 0,61  faiz dəyər qazanıb. 

Dolların dəyərdən düşməsinə səbəb ABŞ maliyyə naziri Stiv Mnuçinanın valyutanın zəifləməsinin onu narahat etmədiyini söyləməsi olub. O bildirib ki, ABŞ hökuməti hazırkı məqamda dolların zəif olmasında maraqlıdır.

Dolların ucuzlaşmasına Ağ Evdən münasibət bildirilib.

Ağ Evin mətbuat katibi Sarah Sanders mətbuat konfransında jurnalistin "Ağ Ev dolların güclü, yoxsa zəif olmasına üstünlük verir” sualına cavabında Donald Trampın sərbəst valyuta rejiminə inandığını deyib:

"Hazırda dolların məzənnəsi ABŞ iqtisadiyyatı üçün əlverişlidir”. /oxu

İcmal.Az

RƏYLƏR