Ağ Ev Suriyadakı hərbi əməliyyatları genişləndirmək niyyətindədir

OXUNUB: 819 DÜNYA
Ağ Evin iki yüksəkçinli məmuru Suriyadakı hərbi əməliyyatların genişləndirilməsini tələb edir.

Onların niyyəti bununla da İrana və rəsmi Tehranın dəstəklədiyi qruplaşmalara qarşı müqavimət göstərməkdir.

Bildirilir ki, Ağ Ein kəşfiyyat üzrə milli təhlükəsizlik şurasının sədri Ezra Koen-Uotnik və Yaxın Şərq üzrə milli təhlükəsizlik məsələləri müşaviri Derek Xarvi ABŞ-ın Suriyanın cənubunda hücuma keçməyini istəyirlər. Bununla yanaşı, Pentaqon rəhbəri dəfələrlə bu ideyanı rədd edib.

Müdafiə naziri Mettisdən başqa bir sıra hərbçi və məmur, diplomatlar da hadisələrin bu cür inkişafının əleyhinədirlər. Onların fikrinə görə, bu, regionda İranla ciddi toqquşmaya səbəb ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon İordaniyadan Suriyaya "HİMARS" uzaqmənzilli raket sistemlərini köçürüb./olke.az
 

İcmal.Az

RƏYLƏR