Ağ Göldən Ərəbistana uzanan qanunsuz biznes şəbəkəsi - Təbiətimizə vurulan sağalmaz yaraların şok təfərrüatları

OXUNUB: 1695 Özəl HADİSƏ
Loğman Mehdiyev Ağ Göl Milli Parkını necə məhv edir ? 

Azərbaycan təbiətinin nadir incilərindən olan Ağ Göl Milli Parkı bu gün əslində qara əməllərin səhnəsinə çevrilib. Təbiətin mühafizəsi məqsədilə yaradılmasına baxmayaraq elə təbiətə ən böyük zərbəni də burada vururlar desək yanılmarıq. Parkın ərazisində mühafizə olunan nadir növlərin qanunsuz ovlanması barəsində dəfələrlə həyacan təbili çalınıb. Ancaq Milli Parkın rəhbərliyinin "ov ovlamaq, quş quşlamaq” sevdası bitmək tükənmək bilmir.
Rubrika.az saytına verilən məlumatlara görə Parkın direktoru Loğman Mehdiyevin fəaliyyəti nəticəsində Ağ Göldə sular durulmur. Milli Parki asan qazanc mənbəyinə çevirən direktor və komandası Azərbaycan təbiətinə qənim kəsiliblər.
Azfakt.com-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər nazirliyi əməkdaşlarının cidd-cəhdlərinə baxmayaraq Loğman Mehdiyevin "təbiəti sevənləri” (əslində sökənləri demək doğru olar) parkda qanunsuz ov üçün şərait yaradır və nəticədə külli miqdarda pul qazanırlar. Saytımıza verilən məlumata görə İmişli, Ağcabədi, Bərdə və ətraf rayonlarda balıq biznesi bilavasitə Loğman Mehdiyev və onun bir nömrəli adamı, "qara kassa”sı Rahim Gəncəliyevin nəzarətindədir. Bunun üçün ortaqlar xüsusi iş prinsipi, mexanizm formalaşdırıblar.Belə ki, Rahim Gəncəliyev Ağ Göl Milli Parkında brokonyerlər tərəfindən tutulan balıqları onlardan 2-3 manatdan alaraq, İmişli bazarında özü satdırır. Yuxarıda qeyd etdiyimiz kimi ETSN əməkdaşları onların geniş əl-qol açmasına imkan verməsə də L.Mehdiyev bunun da çarəsini tapıb. Əvvəllər Milli Parkı brokonyer yuvasına döndərən direktor indi gündəlik Ağ Göl Milli Parkına 10-20 arası brokonyerin girməsinə şərait yaradır və onlar tutduqları balıqları Loğman Mehdiyevin adamlarına satırlar. Ucuz qiymətə brokonyerlərdən alınan balıqlar bazarlarda xeyli baha qiymətə satılır
Rubrika.az saytına verilən məlumatlara görə İmişli bazarına Rahim Gəncəliyev tərəfindən gündəlik 200-250 kq balıq satışa çıxardılır və qiymət 10-13 manat arasında dəyişir.

Məlumat üçün bildirək ki, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağ Göl Milli Parkında 500 mindən çox quş qışlayır. Quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı”na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə - çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir.

Saytımıza verilən xəbərdə bildirilir ki, Loğman Mehdiyev yaxın dostlarına, hətta bəzi vəzifə sahiblərinə də parkın ərazisində qanunsuz ov etməyə vaxtaşırı şərait yaradır. Həmçinin direktor Ağ Göl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır. Deyilənə görə, şahin quşlarının alıcısı ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Beləcə təbiətimizə vurulan sağalmaz yaralar hesabına Loğman Mehdiyevin biznesi gündən-günə çiçəklənir./rubrika

Mövzunu diqqətdə saxlayacağıq.

RƏYLƏR