“Ağ ölüm-narkomaniyaya qarşı mübarizə tədbirləri” layihəsinə yekun vurulub

OXUNUB: 36 QHT

"Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ağ ölüm-narkomaniyaya qarşı mübarizə tədbirləri” layihəsinə yekun vurulub.

 

15.04.2017-15.07.2017-ci il tarixlərində (3 ay) həyata kecirilən layihə çərçivəsində narkomaniyadan əziyyət cəkənlərin statistik məlumatlar toplanıb, bu hallara qarşı mübarizəni özündə əks etdirən 24 dəqiqəlik sənədli film hazırlanıb.Filmin Bakı şəhərində yekun təqdimatı Etika akademiyasinda kecirilib.Təqdimat mərasimində Layihənin rəhbəri Həsən İsgəndərgörüşün məqsədi və vəzifələri haqqında danışaraq bildirib ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir.O vurğulayıb ki,filmin cəkilməsində əsas məqsəd gənclər arasında maarifləndirmə işinin aparılmasi və onları bu bəladan xilas etməkdir.Filmdə real olaraq narkomaniyadan əziyyət cəkən müsahiblər narkotik maddələrin onların həyatını necə məhv etdikləri barədə danışaraq,gəncləri ümumiyyətlə narkotik vasitələrdən usaq durmalarını tövsiyyə ediblər.

Tədbirdə digər cixiş edənlər vurgulayıblar ki,narkotik maddələrin qəbul edilməsi iləinsanfiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.

Tədbir çərçivəsində ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıldı və sonda sənədli film nümayiş olundu.







RƏYLƏR