Abbas ikinci dəfə ailə qurduğu xanımının kimliyini açıqladı: "Onunla ilk dəfə..."

OXUNUB: 806 ŞOU-BİZNES
Əməkdar artist Abbas Bağırov "Hər şey daxil" verilişinin qonağı olub.

Toyundan sonra ilk dəfə efirə çıxan müğənni bununla bağlı sualları cavablandırıb.

A.Bağırov bildirib ki, çağırmadığı şou-biznes nümayəndələri də məclisə gəlib:

"Birinci toyum Elçin Hüseynovun restoranında baş tutmuşdu. Amma orada unudub çağırmadığım insanlar da gəlmişdi. Gələnlərə sevindim. Amma dəvət etmədiyim insanların toya gəlməməyi məsləhətlidir. Əgər münasibət mən tərəfdən yaxşı olubsa, ancaq qarşı tərəf lazımı qədər dəyərləndirməyibsə, deməli, belə lazım imiş. Bundan sonra, münasibəti mülayimləşdirmək lazım deyil. Mənim az sayda dostlarım var. Münasibətimin olmadığı insanları müzakirə etmək istəmirəm".

Abbas xanımından da söz açıb. O, həyat yoldaşının qohumu olması xəbərlərinə son qoyub. "Bir az çətin xasiyyətin var. Deyirlər, hətta evdə televizor da qoymursan" sualına sənətçi belə cavab verib:

"Televizor var, özü də 4 ədəd. Xanımım qohum deyil. Bakıda tanıyıb bəyənmişəm"./axsam.
 
İcmal.Az

RƏYLƏR